Kəlbəcər rayon sakini qəzaya düşərək vəfat edib.
DİN-dən “Qafqazinfo”ya verilən məlumata görə, noyabrın 21-də saat 20 radələrində Bərdə şəhəri ərazisində Tərtər rayon sakini R.Rəhimlinin idarə etdiyi “VAZ-2107” və Kəlbəcər rayon sakini Ədalət Camalovun idarə etdiyi “VAZ-21011” markalı avtomobillər toqquşub.
Ə.Camalovun idarə etdiyi avtomobildə yanğın baş verib. Ə.Camalov və R.Rəhimlinin sərnişini, həmyerlisi Samir Abbasov aldıqları xəsarətlərdən hadisə yerində ölüblər. R.Rəhimli və sərnişinləri olan daha 3 nəfər xəstəxanaya yerləşdiriliblər.
Bərdə RPŞ tərəfindən araşdırma aparılır.