Göyçayda xəsarətlə nəticələnən ağır yol qəzası baş verib.
Axar.az-ın yerli bürosunun verdiyi xəbərə görə, hadisə bu gün axşam saat 21:30 radələrində Çərəkə kəndində qeydə alınıb.
Hərəkətdə olan VAZ-2107 markalı minik maşını yüksək sürətlə qarşıdan gələn eyni markalı avtomobillə toqquşub. Nəticədə Çərəkə kənd sakini Aydın Əlisahib oğlu Əhmədov ağır bədən xəsarətləri alıb. Yaralı təcili olaraq Göyçay Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı Göyçay Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.