Belarus hökuməti koronavirusa yoluxmaların kəskin artması səbəbindən yalnız əcnəbilərə deyil, vətəndaşlarına da ölkə ərazisinə girişi qadağan edib.
Axar.az xəbər verir ki, hökumət iclaslarından birində çıxış edən ölkə Prezidenti Aleksandr Lukaşenko bildirib ki, sərhədçilər vətəndaşlığı nəzərə almadan heç kimi sərhəddən buraxmayacaq.
“Sərhədçilərə yalnız əcnəbilərin deyil, çətin zamanlarda ölkəni tərk edən hiyləgər belarusluların da ölkəyə girişini qadağan etməsi ilə bağlı təlimat verdim. Virusu bura gətirmələrinə ehtiyac yoxdur. Hansı ölkənin vətəndaşı olmaları da önəmli deyil. Oxumaq və işləmək üçün oraya gediblərsə, qoyun, elə də qalsınlar”, - deyə Lukaşenko bildirib
Qeyd edək ki, Belarus prezidenti bundan öncə tibbi işçiləri ilə bağlı bənzər qərar vermişdi.