Ağstafa sakini arı sancmasından ölüb.
“Qafqazinfo”nun xəbərinə görə, rayonun Yenigün kənd sakini 1965-ci il təvəllüdlü İsayev Mehrin Teymuraz oğlu arı sancması nəticəsində xəstəxanaya yerləşdirilib.
Onun allergiyası olduğundan müalicə nəticə verməyib. M. İsayev bir gün sonra dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.