![]() |
![]() |
Sumqayıt şəhərində 1 yaşlı uşaq qaynar sudan yanıb.
Reportun yerli bürosunun verdiyi məlumata görə, hadisə 4-cü məhəllə ev 13/20 mənzil 20 də qeydə alınıb.
Belə ki, Sumqayıt şəhər sakini 2017-ci il təvəllüdlü Aslanzadə Leyla Rafayıl qızı yaşadığı mənzildə nəzarətsiz qalıb və üzərinə qaynar su dağılıb.
Azyaşlı qız dərhal yaxınları tərəfindən uşaq xəstəxanasına çatdırılıb. Ona 1-ci və 2-ci dərəcəli termik yanığı diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.