Son xəbərlər

 
Fransada siyasi böhran V Respublikanı məhvə aparır

Fransa müstəmləkəçilik siyasətini “uğurla” davam etdirməkdədir. Paris sanki başqa ərazilərdə, ölkələrdə yaşayan xalqları əzməkdən, istismar etməkdən xüsusi zövq alır. Dünyanın əvvəlki kolonial dövlətləri müstəmləkəçilikdən əl çəksələr də, əksinə Fransa bunu daha “modern” formada, yeni üslubda və daha amansız formada davam etdirir. Qoşulmama Hərəkatına Azərbaycanın sədrlik etməsinə qədər müstəmləkəçilik termini deyəsən heç kimin yadına düşmürdü. Əzilən xalqların problemlərini, müstəmləkəçi dövlətlərin cinayətlərini beynəlxalq təşkilatların və dünya ictimaiyyətinin diqqətinə çatdırmaqda tənbəllik edirdilər. Amma Azərbaycan heç kimin cəsarət etmədiyi addımı atdı, özünü Avropanın lider dövləti hesab edən, BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvündən biri Fransanın hələ də cəzasız qalmış cinayət əməllərini ifşa etdi. Demokratiyadan, insan haqlarından danışan rəsmi Parisin bəşəri cinayətləri, insanlığa qarşı çirkin niyyətləri barədə bütün dünya ölkələrini məlumatlandırdı. Bakı Təşəbbüs Qrupu (BTQ) da bu hadisələri araşdırmaq, müstəmləkəşiliyin birdəfəlik ləğv olunmasına çalışmaq üçün yaradıldı. Artıq bir neçə dəfə BTQ-nin çox önəmli tədbirləri keçirilib və uğurlu nəticələr də əldə edilib.

Bu gün paytaxtımızda Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə Fransa və Niderlandın müstəmləkəçiliyi altında olan Sen Martin adasına həsr edilmiş konfrans keçirilib. Məqsəd Bakı Təşəbbüs Qrupunun müstəmləkəçilik əleyhinə mübarizənin beynəlxalq hüquq çərçivəsində aparılmasıdır. Tədbirdə Bakı Təşəbbüs Qrupunun müstəmləkə şəraitində yaşayan xalqlara dəstək istiqamətindəki fəaliyyətindən danışılıb. İndiyə qədər Yeni Kaledoniya və Martinik adalarının müstəmləkə şəraitində yaşayan xalqlarının azadlıq mübarizəsinə dəstək üçün həm yerli, həm də beynəlxalq plarformalarda bir sıra tədbirlər həyata keçirilib. Bakı müstəmləkəçiliyə yalnız beynəlxalq hüquq normaları çərçivəsində mübarizə aparmaqla son qoyulmasının tərəfdarı kimi çıxış edir.

Sen Martin adasının Parlament üzvü Franklin Meyers müstəmləkədən xilasın bu şəraitda yaşayan istənilən xalqın müstəsna hüququ olduğuna diqqət çəkib. O bu yolda göstərilən dəstəyə görə Bakı Təşəbbüs Qrupuna minnətdarlıq edib. Hesab edib ki, analoji konfransların təşkili müstəqillik ideyasına doğru irəliləmək yolunda son dərəcə mühüm addımdır. Bakı Təşəbbüs Qrupuna bu istiqamətdə göstərdiyi dəstək möhtəşəmdir. Sen Martin adasında fəaliyyət göstərən”One Saint Martin” Assosiasiyasının prezidenti Rhonda Arrindell isə deyib ki, ada 1627-1631-ci illərdə Fransa və Niderlandın işğalı ilə üzləşib. 15 il ərzində Afrika regionunun Niderlandın müstəmləkəsi altına olan adaları Britaniya tərəfindən azad edilib. 1994-cü ildə Fransa ilə Niderland arasında Sen Martin sərhəddə birgə nəzarətin həyata keçirilməsi barədə razılaşma imzalanıb. Son illər ərzində baş verən mühüm qlobal siyasi proseslər nəticəsində müstəmləkə xalqlarının müstəqillik ideyaları güclənməyə başlayıb.

Digər müstəmləkələr...

Yeni Kaledoniya və Fransa Polineziyası BMT-nin qərarı ilə özünü idarə edən ərazilər kimi bəyan ediliblər. Lakin orada müstəmləkə qaydaları yenə də yaşanır. Bu sözləri Prezident İlham Əliyev COP29 çərçivəsində keçirilən İnkişaf etməkdə olan kiçik ada dövlətlərinin (SIDS) Sammitində çıxışı zamanı söyləyib. Fransa Polineziyası təbiətinin çox ağır deqradasiya ilə üzləşdiyini, Fransa tərəfindən orada çoxsaylı nüvə sınaqlarının aparıldığını vurğulayan dövlət başçısı deyib ki, Fransa torpaqların çirkləndirilməsində, zərərin vurulmasında günahkardır. Əgər biz işğal zamanı Əlcəzairdə 17 nüvə sınağının aparılmasını nəzərə alsaq, anlaya bilərik ki, planetin ekosisteminə nə qədər böyük zərər vurulub. Bu yaxınlarda Fransa tərəfindən insan hüquqlarının pozulması, Yeni Kaledoniyada nümayişlər zamanı Makron rejimi tərəfindən çox sayda vətəndaşın qətlə yetirilməsini də nəzərə alsaq Parisin beynəlxalq münasibətlər sisteminə nə qədər ziyan vurduğunu görə bilərik.

Fransa müstəmləkəçiliyi “sistemli” şəkildə həyata keçirir. Öz sərhədlərindən minlərlə kilometr uzaqlıqda olan Afrika və dənizaşırı ölkələrdə öz müstəmləkəçiliyini əldən vermək istəmir. 300 il boyunca Afrikanın Fransanın nəzarətində qaldığı, Seneqal, Fildişi Sahili və Benin kimi ölkələr həmin illərdə qul ticarəti mərkəzləri kimi istifadə olunduğu və bölgədəki bütün resursların istismar edildiyi barədə təkzibolunmaz faktlar var. Bəşəriyyət Fransanın timsalında XXI əsrdə neokolonializmin ən amansız və aşkar təzahürü ilə üzləşib. Özünü dünyaya demokratiya beşiyi kimi sırımağa çalışan bu ölkə beynəlxalq aləmin susqunluğu qarşısında bu siyasətini ən sərt formada həyata keçirir. Rəsmi Paris bu gün də Yeni Kaledoniya, Mayot adaları, Fransız Qvianası və s. bölgələrdə milli azadlıq hərəkatlarını, müstəqillik çağırışlarını qan içində boğur. Mayot əhalisinin, demək olar, yarısının doğum haqqında şəhadətnaməsi belə yoxdur. Konkret olaraq Yeni Kaledoniyada törətdikləri isə əsl insanlıq faciəsidir.

Diqqətçəkən mühüm bir məqam, Qərbin Fransanın törətdiyi cinayətlərə biganəliyi, görməzdən gəlməsidir. Necə olur ki, insanların hüquq və azadlıqlarına qarşı hörmətsizlik edilir, lakin beynəlxalq təşkilatlar, müxtəlif dövlətlər buna reaksiya verməyə tələsmir. Şübhəsiz ki, bunun da kökündə Qərb ölkələrini birləşdirən “dəyərlər” durur. Bunlar isə bütövlükdə Avropada kritik həddə çatan dini, milli, irqi ayrıseçkilikdən qaynaqlanır. Hazırda Avropada miqrantlara qarşı sərt qərarlar qəbul edilir, onların kütləvi şəkildə deportasiyası həyata keçirilir. Göründüyü kimi, Yeni Kaledoniyada yaşananlara, eləcə də miqrantlara qarşı qərəzli “siyasət” yürüdülməsinə münasibət bildirməyə ehtiyac görməyənlər bunun əvəzinə müstəqil xarici siyasət yürüdən ölkələri hədəfə alırlar.

Fransanın konkret olaraq Azərbaycanla bağlı yürütdüyü riyakar və qərəzli siyasətin nə ilə nəticələndiyi də göz önündədir. Azərbaycan cavab addımları atdıqda, neokolonializmə qarşı mübarizəni prioritet elan edəndə bu, ölkənin daxili işinə qarışmaq cəhdi kimi dəyərləndirir.Təəssüf ki, bir çox ölkələr və başçıları Prezident İlham Əliyev kimi cəsarətli və açıq şəkildə öz fikrini Fransaya qarşı ifadə etməkdən çəkinir. Bu, bir daha sübut edir ki, Fransa BMT-nin Təhlükəsizlik Şurasının daimi üzvlüyündən sui-istifadə edir. Azərbaycan isə neokolonializmlə mübarizəyə qətiyyətlə öndərlik edir və müstəqillik uğrunda mübarizəyə qalxan yerli xalqların nümayəndələri Bakı Təşəbbüs Qrupu ətrafında birləşərək azadlıq səslərini daha gur şəkildə dünyaya çatdırırlar.

Parisin qazdığı quyu və...

Fransa tarixi başdan-başa müstəmləkəçilik siyasəti ilə zəngindir. Vəziyyət o həddə çatıb ki, yeni müstəqillik qazanmış ölkələrdə belə vandal fransız izlərini görmək mümkündür. Bəzi dövlətlərin bayraqlarında, bəzilərinin adlarında, bəzilərinin isə dillərində kolonialist Fransa damğası açıq-aydın sezilir. Hətta Fransa hökuməti istər keçmişdə, istərsə də indinin özündə tabeliyindən çıxan ərazilərdəki dövlətləri milyonlarla dollar həcmində təzminat ödəməyə məcbur edir. Müasir dövrdə dünyaya sülh mesajları verən, özünü ən ali dəyərlərin daşıyıcısı kimi göstərən fransızlar tarix boyu saysız-hesabsız qətliamlar törədiblər.

 

Fransa dünyada mövcud olmuş ən qədim xalqlardan biridir. Lakin onların tarixində qanla yazılmış səhifələr çoxluq təşkil edir. Bu gün də eyni siyasət davam etdirilir. Əlcəzair öz müstəqilliyini elan edənə qədər ümumilikdə 1,5 milyon günahsız əlcəzairli fransız ordusunun qurbanına çevrilib. Fransa təkcə bu ərazilərdə qətliam törətməklə kifayətlənməyib, həm də kütləvi zəhərləmə həyata keçirib. Ötən əsrdə Əlcəzairin bəzi şəhərlərində Fransa tərəfindən 17 nüvə sınağı gerçəkləşdirilib. Digər tərəfdən, rəsmi Paris bu gün belə aşkar edilməmiş kimyəvi, radioaktiv və zəhərlənmiş tullantıların yerləşdiyi ərazilərə dair topoqrafik xəritələri Əlcəzair tərəfinə təqdim etməkdən imtina edir. Əlcəzair ərazilərinə 5 milyondan artıq mina basdıran Fransa hələ də bu tip vandal əməllərini ciddi-cəhdlə ört-basdır etməyə çalışır.

Fransanın müstəmləkəçilik siyasətinə qarşı etiraz aksiyaları da güclənib. Böyük etiraz dalğası Yeni Kaledoniyada özünü bütün çalarları ilə göstərir. Yerli xalqlar - kanaklar Fransa hökuməti tərəfindən sıxışdırılır, Yelisey sarayı bölgənin demoqrafik vəziyyətini dəyişməyə çalışır, fransızları Yeni Kaledoniyaya köçürür. Bir sözlə, Fransa hökumətinin ayaq basdığı hər yer qan çanağına çevrilir.

Fransada dövlət böhranı yaşanır

Fransada siyasi xaos yaşanır. Prezident Makron bu çaşqınlığın əsas qurbanı olmaq riskini daşıyır - sağ müxalifət onu hədəfə alıb. Fransa qanunvericiləri baş nazir Mişel Barnier və onun kabinetinə etimadsızlıq səsverməsi keçirərək ölkəni yeni siyasi qarışıqlıq burulğanına sürüklədilər. İndi Fransanın yeni büdcəni necə qəbul edəcəyi bəlli deyil və bu, maliyyə bazarlarında daha da qarışıqlıq riski yaradır. Fransa parlamentinin aşağı palatası 331 səslə Baş nazir Mişel Barnyeyə etimadsızlıq səsverməsini qəbul edib ki, bu da tələb olunan 288 səs çoxluğundan xeyli çoxdur. Bu, Marin Le Penin sağçı Milli Yarış solçu koalisiyanın hökuməti istefaya göndərmək səylərinə qoşulduqdan sonra edilib.

Bu, Fransaya son 60 ildə ilk uğurlu etimadsızlıq səsverməsi idi və üç ay davam edən Barnier hökuməti Beşinci Respublika tarixində ən qısa müddətli oldu. Səsvermə Fransa üçün çətin bir vaxtda baş tutub. Ölkə böyük borcunun və artan kəsirinin öhdəsindən gələ bilmir. Problemi mürəkkəbləşdirən iki ildir böyümənin olmamasıdır. Fransa Ukraynanı güclü şəkildə dəstəkləyir, lakin Donald Tramp ABŞ prezidenti seçiləndən sonra Parisin işi xeyli çətinə düşüb. Fransanın Avropadakı aparıcı tərəfdaşı Almaniya isə siyasi və iqtisadi baxımdan xeyli zəifləyib.

Ölkə lideri Emmanuel Makron hakimiyyəti qoruyub saxlasa da, ona dəstək çox qeyri-sabitdir. Keçən ilin yayında növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə bağlı sürpriz qərar qəbul edərkən onun nüfuzu ciddi şəkildə sarsıldı. Onun partiyası və müttəfiqləri bir-biri ilə rəqabət aparan, lakin Fransa prezidentinə qarşı çıxmaqda qərarlı olan ifrat sağ və sol tərəflər çoxlu mandatlarını itiriblər. Fransa indi parlament seçkilərindən sonra olduğu kimi uzun bir qeyri-sabitlik dövrü ilə üz-üzədir.

Tənqidçilər və bəzi müstəqil analitiklərin fikrincə, Le Penin Barnier və onun qənaət planlarını tənqid etməsi daha böyük siyasi strategiyanın bir hissəsi kimi görünür. O, etiraf edib ki, onun əsl hədəfi Barnier deyil, daha çox gücə malik olan yeganə şəxsdir - Makron. O, prezident seçkilərində onu iki dəfə məğlub edib və bir daha namizəd ola bilməyəcək. Onun partiyasının bəzi üzvləri və ifrat sağçı üzvləri günlərdir ki, Makronu istefaya çağırırlar. Le Pen keçən həftə Le Monde qəzetinə demişdi ki, ciddi hökumət qeyri-sabitliyi ilə üzləşən Makron istefa verməkdən başqa “özünə seçim qoymayıb”.

Analitiklər və Makrona yaxın adamlar onun bunu etmək ehtimalının az olduğunu deyirlər. Prezident bu yaxınlarda belə spekulyasiyaları “siyasi uydurma” adlandırıb. Lakin o, zəif mövqedədir və iyunda parlamentin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi barədə qərardan ciddi ziyan çəkib. O, Le Penə dəstəyin nə qədər məhdud olduğunu nümayiş etdirmək üçün qismən səsvermə keçirmək qərarına gəlib. Amma bu hesablama özünü doğrultmadı və onun əleyhinə çevrildi.

Paris Siyasi Araşdırmalar İnstitutunun politoloqu Gerard Grunberg deyob ki, Makron Fransada davamlı yüksək işsizliyi cilovlamağı və orta iqtisadi artımı təmin etməyi bacarır. Lakin o, çox populyar deyil. Bir çox fransız onu təkəbbürlü və laqeyd hesab edir. "Makron legitimliyini tamamilə itirib", - deyən Qrunberq əlavə edib ki, Makron müəyyən mənada mövcud deyil. Bir siyasətçi kimi o, ölüb. Makron isə 2027-ci ilin ortalarında başa çatan prezidentlik müddəti bitmədən kürsüsündən ayrılmaq niyyətində olmadığını nümayiş etdirib.

11 Dekabr 2024 Konservləşdirilmiş qidaları alarkən nələrə diqqət edilməlidir? VİDEO
11 Dekabr 2024 "Azərbaycan beynəlxalq münasibətlərdə müstəqil dövlət kimi çıxış etməyə başladı" - ŞƏRH EDİLDİ
10 Dekabr 2024 Düyməyə Rusiya ilə birlikdə basacağıq - Lukaşenko
10 Dekabr 2024 "Hər bir azərbaycanlının ürəyində Heydər Əliyev heykəli var" - ŞƏRH EDİLDİ
10 Dekabr 2024 "Heydər Əliyev iqtisadi inkişafının bünövrəsini qoymuş Lider olaraq tarixə düşüb" - ŞƏRH EDİLDİ
10 Dekabr 2024 “Natura” şirəsinin içindən GÖRÜN NƏ ÇIXDI - VİDEO
10 Dekabr 2024 Sulu qəlyan siqaretdən belə zərərlidir – Ekspertdən XƏBƏRDARLIQ VİDEO
10 Dekabr 2024 Taksidən istifadə edənlərə ŞAD XƏBƏR - VİDEO
09 Dekabr 2024 "Heydər Əliyev tarixi prosesləri sürətləndirən Liderlərdəndir" - MÜNASİBƏT BİLDİRİLDİ
09 Dekabr 2024 "Suriya, nəhayət ki, Bəşər Əsədin zülmündən qurtuldu" - ŞƏRH EDİLDİ
07 Dekabr 2024 HEYDƏR ƏLİYEVİ anarkən…
07 Dekabr 2024 ABŞ Ermənistan ordusunu niyə "gücləndirir"?
07 Dekabr 2024 Xəstə həkim məsləhəti olmadan bioloji aktiv qida məhsulunu necə əldə etməlidir? VİDEO
06 Dekabr 2024 İbrahim Cəfərov: "İnanıram ki, 2025- ci ildə daha mükəmməl olacağıq" Siyasət
06 Dekabr 2024 Yaşıl kapitalizm - BAXIŞ BUCAĞI
06 Dekabr 2024 "Növbəti aylarda baş verən hadisələr həlledici olacaq” - ŞƏRH OLUNDU
06 Dekabr 2024 "Ermənistan üçün bu, uduş olacaq" - ŞƏRH EDİLDİ
06 Dekabr 2024 "Məktəblərdə təhsil avtobusu olması məqsədəuyğundur" - MÜNASİBƏT BİLDİRİLDİ
06 Dekabr 2024 Təsərrüfatlardan çıxanda böyük olan göyərti dəstələri bazarda niyə kiçilir? VİDEO
05 Dekabr 2024 Qərbin ənənəvi ssenarisi: GÜRCÜSTAN AVROMAYDANI - TƏHLİL
05 Dekabr 2024 İrəvan bu faktı hər vəchlə danmağa çalışır - Əliyev
04 Dekabr 2024 İli köhnə avtomobillər taksi xidmətinə qoşulur? VİDEO
04 Dekabr 2024 “Tarixi həqiqət öz yerini tapdı” - ŞƏRH EDİLDİ
04 Dekabr 2024 "Vəziyyət getdikcə gərginləşir" - ŞƏRH EDİLDİ
04 Dekabr 2024 “Azərbaycan tolerantlıq və mədəni dialoq məsələlərini təşviq edir“ - MÜNASİBƏT BİLDİRİLDİ
04 Dekabr 2024 Cənubi Qafqaz: Qərbin strateji hədəfi
04 Dekabr 2024 Şuşaya dönüş sevincini yaşayırıq - Şuşa sakini
04 Dekabr 2024 Şəhid ata-analarının əllərindən öpürəm - Şuşa sakini
04 Dekabr 2024 Bizə bu günü yaşadan şəhidlərimizin ruhu qarşısında baş əyirəm - Quliyeva Züleyxa
03 Dekabr 2024 Toka verilən BROYLER TOYUQLAR - ARAŞDIRMA