Son xəbərlər

 

Millət vəkili bildirib ki, Ermənistan dövləti müxtəlif ölkələrdən olan erməniləri işğal edilmiş ərazilərdə yerləşdirmək məqsədilə qanunsuz məskunlaşma siyasəti yürüdürdü. "1993-cü il 23 iyul tarixində ərazisinin 73 faizi işğal olunmuş Ağdamın rayon mərkəzi ilə birgə 90 kəndi düşmənin əlinə keçmiş, işğal nəticəsində 128 min insan məcburi köçkün həyatını yaşamağa məcbur olmuşdur . 2010-cu ilin noyabr ayında erməni separatçıları Ağdamın adını dəyişərək "Akna" qoymuş və rayonun işğal edilmiş ərazilərində xaricdən gətirilmiş 360 nəfər etnik ermənini qanunsuz olaraq məskunlaşdırmışdılar. Bu isə, beynəlxalq hüququn və Cenevrə Konvensiyasının kobud şəkildə pozulması demək idi. Xarici jurnalistlər tərəfindən "Qafqazın Xirosiması" adlandırılmış Ağdam şəhərinin tamamilə dağıdılması hətta II Dünya müharibəsinin gedişində belə nadir hallarda müşahidə olunmuş xüsusi qəddarlıq və barbarlıqdan xəbər verir. Böyük təəssüf hissi ilə də olsa etiraf olunmalıdır ki, bütün bu cinayətlər faktiki olaraq aşkar şəraitdə, dünya ictimaiyyətinin gözü qarşısında baş verib."       

K.Qafarov xüsusi olaraq qeyd edib ki, rəsmi İrəvanın hərbi cinayətlərinin və ermənilərin ölkəmizə və xalqımıza qarşı terror siyasətinin bütün işğal dövründə davam etməsini şərtləndirən əsas amillərdən biri müəyyən Qərb ölkələrinin və beynəlxalq təşkilatların yürütdükləri ikili standartlar siyasəti olub: "Ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin həyata keçirdiyi hərbi və siyasi-diplomatik strategiya nəticəsində Azərbaycan 2020-ci ilin sentyabr-noyabr aylarında apardığı II Qarabağ savaşında həm hərbi, həm də siyasi-diplomatik müstəvilərdə parlaq qələbələrə imza atdı. Şanlı Ordumuzun Vətən müharibəsində əldə etdiyi tarixi Qələbə nəticəsində 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli Bəyanatın şərtlərinə əsasən həmin il noyabrın 20-də Ağdam rayonunun işğal olunmuş ərazisi Azərbaycana təhvil verildi və bununla da əsaslı şəkildə insan tələfatının qarşısı alındı. Bu, cənab Prezident İlham Əliyevin birbaşa səyləri nəticəsində Azərbaycan diplomatiyasının əldə etdiyi böyük nailiyyət idi. 2020-ci il noyabrın 26-da "Ağdamın azad olunmasına görə" medal təsis edildi. Dövlət başçımızın sərəncamları ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 5790 hərbi qulluqçusu "Ağdamın azad olunmasına görə" medalı ilə təltif olunmuşdur.  Prezident  İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamına əsasən 20 noyabr Ağdam Şəhəri Günü kimi müəyyən olunub. Bu gün Ağdam  yenidən bərpa edilərək Azərbaycanın ən gözəl şəhərlərindən birinə çevrilməkdədir. Möhtərəm dövlət başçımızın dediyi kimi, indi  Ağdam üçün yeni dövr başlayıb və bu dövr işğaldan azad olunmuş bütün bölgələrimizin möhtəşəm inkişafı ilə səciyyələnir".

21 Noyabr 2024 Münasibətlərimiz yüksək səviyyədədir
21 Noyabr 2024 QƏLƏBƏLƏR, QALİBLƏR PARTİYASI - YENİ AZƏRBAYCAN PARTİYASI
20 Noyabr 2024 "Ağdam bundan sonra Qafqazın "mirvarisi" adlanacaq" - MÜNASİBƏT BİLDİRİLDİ
20 Noyabr 2024 “Biz heç bir dəstək almadan Böyük Qayıdış layihəsini həyata keçiririk” - ŞƏRH EDİLDİ
20 Noyabr 2024 “YAP dünyada nüfuzlu partiya kimi tanınır“ - ŞƏRH EDİLDİ
20 Noyabr 2024 Bu seriala görə İTV-yə xəbərdarlıq edildi
20 Noyabr 2024 Bəzi poçt şöbələrinin bağlanması araşdırılacaq
20 Noyabr 2024 YAP - Siyasi sabitlik, davamlı inkişaf
20 Noyabr 2024 “Fransa müstəmləkəçiliyi altında yaşayan xalqlar artıq barışmaq istəmir“ - ŞƏRH OLUNDU
20 Noyabr 2024 Əsrin duelindən kim qalib çıxacaq?
20 Noyabr 2024 Bağırmağın mənası yoxdur: "İndi vuracağıq..."
20 Noyabr 2024 Azərbaycanda dini fəaliyyətə 9 milyon manat ayrılır
19 Noyabr 2024 "Dil qaydalarının tez-tez dəyişməsi insanlar arasında çaşqınlıq yaradır" - MÜNASİBƏT BİLDİRİLDİ
19 Noyabr 2024 Azərbaycana qarşı QISQANCLIQ – TƏHLİL
19 Noyabr 2024 "Multikulturalizm bizim dövlət siyasətimizdir" - ŞƏRH EDİLDİ
19 Noyabr 2024 “YAP-ın yaradılması tarixi zərurətdən doğmuşdur“ - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ
19 Noyabr 2024 İlham Əliyev onları hakim təyin etdi
19 Noyabr 2024 Naxçıvanın sosial-iqtisadi inkişafına ayrılmış vəsait azaldıldı
18 Noyabr 2024 Haylara baha başa gələcək SƏRT TƏDBİRLƏR – TƏHLİL
18 Noyabr 2024 Tramp fövqəladə vəziyyət tətbiq edəcək - Təsdiqlədi
18 Noyabr 2024 Meymunçiçəyi virusu yayılır: Azərbaycanda vəziyyət necədir? VİDEO
18 Noyabr 2024 Turşudan zəhərləmə ölümlə nəticələnib - Təhlükədən necə qorunmaq olar? VİDEO
18 Noyabr 2024 Fransa və Niderland müstəmləkəçiliyi: dəyişən ancaq sözlərdir
18 Noyabr 2024 Konstitusiyanın xarakterik cəhətlərindən biri onun sabit olmasıdır
16 Noyabr 2024 Üçtərəfli bəyanat Ermənistanın kapitulyasiyasını rəsmiləşdirdi
14 Noyabr 2024 Polyak şərqşünasın “Məhəmməd Süleyman oğlu Füzuli” kitabı çap olunub
14 Noyabr 2024 Azərbaycanın iqlim dəyişikliyi ilə mübarizədə liderlik rolu
14 Noyabr 2024 Dünya paxlava gününü möhtəşəm Türkiyə klassikası ilə qeyd edin! - FOTOLAR
14 Noyabr 2024 "Hələ davam edən COP29 artıq bir sıra məqsədlərinə çatıb" - MÜNASİBƏT BİLDİRİLDİ
11 Noyabr 2024 "Balina" bulvara belə gətirildi - Video