Rusiya heç bir halda Ukraynanın nüvə silahı əldə etməsinə imkan verməyəcək.
Axar.az xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin BRİKS ölkələrinin media rəhbərləri ilə görüşündə bildirib.
“İndiki Ukraynanın siyasi rəhbərliyi hələ böhranın qaynar fazasına keçməmişdən əvvəl bu barədə dəfələrlə danışıb, Ukraynanın nüvə silahına malik olması gərəkdiyini bildiriblər. Belə bir təhdid Rusiyanın müvafiq reaksiyasına səbəb olacaq. Mən dərhal deyə bilərəm ki, Rusiya heç bir halda buna imkan verməyəcək”, - Putin vurğulayıb.