Son xəbərlər

 


Forum iştirakçılarının sayı rekord həddədir.

 

Azərbaycan növbəti dəfə möhtəşəm beynəlxalq tədbirə ev sahibliyi edir. Martın 14-də Bakıda işə başlayan “Parçalanmış dünyanın bərpası” mövzusunda XI Qlobal Bakı Forumunun iştirakçılarının sayı rekord həddədir. Daha dəqiq desək, Forumda 68 ölkədən 400-dən çox qonaq iştirak edir. Onların arasında 40-dan çox hazırkı və sabiq dövlət, hökumət başçıları var. Bu sadə statistika həqiqətən də Forumun nəhəng intellektual potensialına dəlalət edir. Artıq keçirilməsinə alışdığımız və sanki gündəlik təcrübəmizə çevrilmiş bu tədbirlər əslində Vətənimiz Azərbaycanın beynəlxalq status və nüfuzunu o qədər artırıb ki, ölkəmiz müasir beynəlxalq münasibətlər sistemində söz sahibinə çevrilib. Bu amil mütləq olaraq hər bir fərdin vətəndaşlıq məfkurəsinin ayrılmaz parçasına çevrilməlidir. Güclü cəmiyyət məhz milli maraqlar və dövlət naminə birləşərək xalqın aparıcı gücünə çevrilə bilər.

Hər bir Qlobal Bakı Forumu üçün seçilən mövzular həmin dövrün tələblərini özündə ehtiva edir. Ötən ilin mövzusundan da bəlli olduğu kmi, dövrün çağırışları aydındır və Azərbaycan hər dövrün çağırışlarını yüksək səviyyədə yerinə yetirir. Bu çağırışlara söykənilərək atılan addımlar  düşünülmüş siyasətə əsaslanır. Builki Forumda  Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldin “Parçalanmış dünyanın bərpası” adı altında   görüşün mahiyyətini açıqlayaraq bildirdi ki, dünya həqiqətən parçalanıb, hər yerdə ciddi çağırışlar var”.

X Qlobal Bakı Forumundan ötən bir ildə qət edilən yolun uğurlarını görmək üçün Azərbaycanın həyatında baş verən yeniliklərə diqqət yetirmək kifayətdir: Azərbaycan ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməklə tarixi ədalətin və beynəlxalq hüququn mövcudluğunu beynəlxalq ictimaiyyətin diqqətinə çatdırdı. Dövlət başçısı cənab İlham Əliyev Forumdakı çıxışında bir daha Azərbaycanın son 30 ildə Qarabağ münaqişəsinin yalnız sülh yolu ilə həll olunmasına səy göstərdiyini bildirdi. 44 günlük İkinci Qarabağ müharibəsinin, eyni zamanda, birgünlük antiterror tədbirlərinin qaçılmazlığını şərtləndirən amillərin hər kəsə bəlli olduğunu vurğuladı. Prezident İlham Əliyev bu reallıqları diqqətə çatdırdı ki, 2020-ci ilin sentyabr-noyabr aylarında rəsmi İrəvana dərs vermək məcburiyyətində olduq. Xarici qüvvələrə güvənərək başqa ölkənin torpaqlarını işğal altında saxlamaq dövrü artıq bitib. 2020-ci il noyabrın 10-da Ermənistanın imzalamaq məcburiyyətində qaldığı kapitulyasiya aktına əsasən onlar o zaman Azərbaycanın  nəzarətində olmayan Qarabağın qalan ərazilərindən işğalçı qüvvələrini çıxarmaq öhdəliyini üzərinə götürdülər. Lakin 3 il ərzində onlar bunu etmədilər. Onlar nəinki on beş minlik hərbi kontingentlərini ərazidən çıxarmadılar, əksinə İkinci Qarabağ müharibəsindən sonra kommunikasiya yolları üzərində nəzarətimizin olmadığından faydalanaraq silah, mina və sursatları qaçaqmalçılıq yolu ilə Qarabağa göndərdilər. Lokal antiterror tədbirləri nəticəsində ərazilərimiz separatçılardan təmizləndi, suverenliyimiz bərpa olundu.

Tarixi Zəfərimizdən dərhal sonra Azərbaycan regionda dayanıqlı sülhün və təhlükəsizliyin yaradılması və Ermənistanla münasibətlərində yeni səhifənin açılması məqsədilə qarşı tərəfə sülh müqaviləsinin imzalanmasını təklif etdi: “Beynəlxalq hüququn 5 əsas prinsipini özündə əks etdirən sülh təklifini Ermənistanın baş naziri keçirilən müxtəlif səviyyəli görüşlərdə dəstəklədiyi halda, sonrakı dövrdə havadarlarının tapşırığına uyğun olaraq qeyri-ciddi bəyanatlar səsləndirməklə sülh müqaviləsinin imzalanması prosesini bugünədək uzadıb. Ermənistanın bu kimi addımları atmasında əsas dəstəkçisi Fransadır”. Dövlət başçısı İlham Əliyev Forumdakı nitqində bu məqamlara xüsusi diqqət yönəltdi: “Burada beynəlxalq reaksiya haqqında danışarkən mən bir ölkənin mövqeyini təəssüflə qeyd etməliyəm” söyləyən Prezident İlham Əliyev bildirdi ki, bu mövqe beynəlxalq ictimaiyyətin yanaşması ilə ziddiyyət təşkil edir. Bu ölkə Fransadır. Fransa hökumətinin İkinci Qarabağ müharibəsinə və antiterror əməliyyatına münasibəti tamamilə qeyri-adekvat oldu. Onlar tərəfindən bu məsələlərin BMT Təhlükəsizlik Şurasına çıxarılmasına və Azərbaycana qarşı sanksiyaların tətbiq edilməsinə beş dəfə cəhd edilib. Biz beynəlxalq hüquqa zidd olan addım atmamışıq. Beş cəhdin hər biri uğursuz oldu, çünki Təhlükəsizlik Şurasının digər üzvləri bunu dəstəkləmədi. Daha sonra Avropa İttifaqı çərçivəsində Azərbaycana qarşı sanksiyaların tətbiqinə bir neçə cəhd edildi. Həmin cəhdlər də uğursuz oldu. Avropa İttifaqı ölkələrinin əksəriyyəti bunu dəstəkləmədi”.

Hazırkı dövrdə Azərbaycanın mühüm uğurlarından biri də bu il COP29-a ev sahibliyi etməsidir. Dövlət başçısı İlham Əliyev Forumdakı çıxışında bu məsələyə xüsusi diqqət yönəldərək bildirdi ki, COP29-un Azərbaycanda keçirilməsi ölkəmizin yaşıl keçidlə bağlı səylərinin qəbul edilməsidir. COP29  onu nümayiş etdirməyə imkan verəcəkdir ki, müstəqil yaşayan və heç kəsdən asılı olmayan bir ölkə uğurla inkişaf edə bilər. Bu, həm də Azərbaycanın son 30 ildə apardığı düzgün siyasəti nümayiş etdirir.

Forumun mövzusundan da göründüyü kimi,  parçalanmış dünyanın bərpası əsas çağırışlardandır. Bu çağırış səylərin birləşdirilməsini, konkret addımların atılmasını, ən əsası ədalətin və beynəlxalq hüququn müdafiəsinin sözdə deyil, əməldə təsdiq olunmasını bir tələb kimi qarşıya qoyur. Azərbaycan daim birlik, həmrəylik, ədalət, beynəlxalq hüquq  çağırışları ilə dünyanın diqqətindədir.

Fuad Qəhrəmanov,

Salyan rayon Şorsulu kənd inzibati ərazi dairəsi üzrə nümayəndə

21 Noyabr 2024 Münasibətlərimiz yüksək səviyyədədir
21 Noyabr 2024 QƏLƏBƏLƏR, QALİBLƏR PARTİYASI - YENİ AZƏRBAYCAN PARTİYASI
20 Noyabr 2024 "Ağdam bundan sonra Qafqazın "mirvarisi" adlanacaq" - MÜNASİBƏT BİLDİRİLDİ
20 Noyabr 2024 “Biz heç bir dəstək almadan Böyük Qayıdış layihəsini həyata keçiririk” - ŞƏRH EDİLDİ
20 Noyabr 2024 “YAP dünyada nüfuzlu partiya kimi tanınır“ - ŞƏRH EDİLDİ
20 Noyabr 2024 Bu seriala görə İTV-yə xəbərdarlıq edildi
20 Noyabr 2024 Bəzi poçt şöbələrinin bağlanması araşdırılacaq
20 Noyabr 2024 YAP - Siyasi sabitlik, davamlı inkişaf
20 Noyabr 2024 “Fransa müstəmləkəçiliyi altında yaşayan xalqlar artıq barışmaq istəmir“ - ŞƏRH OLUNDU
20 Noyabr 2024 Əsrin duelindən kim qalib çıxacaq?
20 Noyabr 2024 Kamaləddin Qafarov: “Ağdamın azad olunması müharibənin dönüş nöqtəsi idi”
20 Noyabr 2024 Bağırmağın mənası yoxdur: "İndi vuracağıq..."
20 Noyabr 2024 Azərbaycanda dini fəaliyyətə 9 milyon manat ayrılır
19 Noyabr 2024 "Dil qaydalarının tez-tez dəyişməsi insanlar arasında çaşqınlıq yaradır" - MÜNASİBƏT BİLDİRİLDİ
19 Noyabr 2024 Azərbaycana qarşı QISQANCLIQ – TƏHLİL
19 Noyabr 2024 "Multikulturalizm bizim dövlət siyasətimizdir" - ŞƏRH EDİLDİ
19 Noyabr 2024 “YAP-ın yaradılması tarixi zərurətdən doğmuşdur“ - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ
19 Noyabr 2024 İlham Əliyev onları hakim təyin etdi
19 Noyabr 2024 Naxçıvanın sosial-iqtisadi inkişafına ayrılmış vəsait azaldıldı
18 Noyabr 2024 Haylara baha başa gələcək SƏRT TƏDBİRLƏR – TƏHLİL
18 Noyabr 2024 Tramp fövqəladə vəziyyət tətbiq edəcək - Təsdiqlədi
18 Noyabr 2024 Meymunçiçəyi virusu yayılır: Azərbaycanda vəziyyət necədir? VİDEO
18 Noyabr 2024 Turşudan zəhərləmə ölümlə nəticələnib - Təhlükədən necə qorunmaq olar? VİDEO
18 Noyabr 2024 Fransa və Niderland müstəmləkəçiliyi: dəyişən ancaq sözlərdir
18 Noyabr 2024 Konstitusiyanın xarakterik cəhətlərindən biri onun sabit olmasıdır
16 Noyabr 2024 Üçtərəfli bəyanat Ermənistanın kapitulyasiyasını rəsmiləşdirdi
14 Noyabr 2024 Polyak şərqşünasın “Məhəmməd Süleyman oğlu Füzuli” kitabı çap olunub
14 Noyabr 2024 Azərbaycanın iqlim dəyişikliyi ilə mübarizədə liderlik rolu
14 Noyabr 2024 Dünya paxlava gününü möhtəşəm Türkiyə klassikası ilə qeyd edin! - FOTOLAR
14 Noyabr 2024 "Hələ davam edən COP29 artıq bir sıra məqsədlərinə çatıb" - MÜNASİBƏT BİLDİRİLDİ