Son xəbərlər

 
 

Sərkisyan rejiminin qurduğu oyun öz başında çatlaya bilər

 

Ermənistandakı Serj Sərkisyan hakimiyyətinin Moskvaya qarşı ikili oyunu NATO-nun Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə nümayəndəsi Ceyms Appaturayanın İrəvana bugünlərdə etdiyi səfəri zamanı üzə çıxıb. Məlum olub ki, Ermənistan prezidenti və parlamentin spikeri Aro Babloyan Rusiya ilə qarşıdurma səviyyəsində olan NATO-nun rəsmisinə xeyli isti mesajlar verib. Serj Sərkisyan NATO-nun baş katibi Yens Stoltenberqi İrəvana dəvət edib ki, “gələcək planları müzakirə etsinlər”.
Ermənistan hakimiyyətinin Rusiyaya qarşı planları isə daha çox parlament spikeri ilə müzakirələrdə ortaya çıxıb. Spiker NATO ilə əlaqələri daha da genişləndirmək üçün Brüsseldən hərəkətlilik istəyib. C.Appaturay isə Ermənistan rəsmisini arxayın edib ki, tezliklə NATO-nun xüsusi proqramı elan olunacaq ki, orada Ermənistanın maraqları təmin ediləcək. Bu bəyanat Ermənistan mətbuatında ciddi ajiotaj yaradıb. Mediaya açıqlamasında C.Appaturay əlavə edib ki, Ermənistanla NATO-nun münasibətləri “əladır” və İrəvanın Əfqanıstandakı sülhməramlı kontingentinin tərkibinin genişləndirilməsi gündəmdədir. NATO rəsmisi əlavə edib ki, 120 nəfərlik kontingentin tərkibinin genişləndirilməsi Ermənistanin müdafiə naziri Vigen Sərkisyanın Brüsselə səfəri zamanı müzakirə olunacaq.


Ekspertlər isə hesab edir ki, NATO ilə ciddi tərəfdaşlıq, real yaxınlaşmanın olması təkcə Ermənistan hakimiyyətinin deyil, “bütün erməni xalqının” sonunu gətirə bilər.


Politoloq Qabil Hüseynli hesab edir ki, Ermənistan NATO ilə münasibətlərində səmimi deyil. Ermənistan hakimiyyəti siyasi oyun oynayır, manevr edir: “Rusiyaya mesaj verirlər ki, bizi sonadək ciddi dəstəkləməsən NATO-ya qoşularıq. Ermənistan KTMT-nin üzvüdür. KTMT-nin baş katibi ermənidir, KTMT-nin bir sıra qurumları Ermənistanda fəaliyyət göstərir. Rusiya Ermənistan sənayesini bu ölkənin borcu müqabilində öz əlinə keçirib, Ermənistanda Rusiyanın böyük hərbi bazası yerləşir. Rusiya istənilən an Ermənistanda hakimiyyəti dəyişmək imkanındadır. Belə bir reallıq ortada olduğu halda Ermənistan iqtidarının Rusiyadan üz çevirib NATO-ya qoşulması inandırıcı deyil, İrəvan, sadəcə, manevr edir, həm də NATO-nu aldadır. Serj Sərkisyan rejiminin NATO-ya qoşulmaq qədər cəsarətli olması real deyil. Sərkisyan tükdən asılı vəziyyətdəydi, onu Rusiya xilas etdi. İndi Moskvaya arxa çevirsə, Kreml onu asar. Hətta Sərkisyan NATO məsələsində səmimi olsa belə, onun arzusu indiki vəziyyətdə xülya olar. Moskva onu elə bu arzusu, xülyası ilə dəfn edər. Ermənistan adlı dövləti Rusiya yaradıb, ermənilərin taleyini həmişə ruslar müəyyənləşdirib. İndiki zamanda da Ermənistan adlı dövlətin mövcudluğunu ruslar təmin edir. Odur ki, NATO-ya meyllənmək görüntüsü yaratmaq şantaj və Rusiyadan əlavə nələrsə almaq məqsədi güdür. Baxmayaraq ki, Rusiya son zamanlar Ermənistanın bütün arzularını yerinə yetirir, görünür, ermənilərin başqa umacaqları da var. Bu məsələnin altında daha ciddi mətləblərin yatdığını söyləsək yanılmarıq”. 
Politoloqun sözlərinə görə, nəzəri cəhətdən hesab etsək ki, Rusiya Ermənistanın NATO-ya qoşulmasına imkan verdi, lakin Ermənistanın NATO-da etibarlı müttəfiq olması mümkün deyil: “Ermənistan NATO-nun içində araqarışdıran, bur qurumu içindən sarsıdan Rusiya casusu rolunu oynayacaq. NATO-ya daxil olan dövlətlər bunu bilməlidirlər. Mən heç vaxt Ermənistanı NATO-nun tərkibində görə bilmirəm”.


Q.Hüseynli vurğuladı ki, Ermənistanın NATO-ya yaxınlaşmasından o halda Azərbaycan Qarabağ məsələsində xeyir görə bilər ki, İrəvanın NATO ilə yaxınlaşması siyasi oyun olmasın, səmimi istək olsun: “Belə olduğu halda Kreml Ermənistanı ağır cəzalandırmaq yollarına əl atar. Bu yollardan biri də Qarabağ məsələsində ermənilərə dəstəkdən imtina edilməsi, Azərbaycanın yolunun açılması ola bilər. Lakin yuxarıda qeyd etdiyim kimi, Ermənistanın NATO-ya yaxınlaşma görüntüsü yaratmasının oyun, manevr olduğu ehtimalı daha böyükdür”.

11 Aprel 2025 Avropanın enerji təhlükəsizliyində etibarlı tərəfdaş və sülhün təminatçısı
09 Aprel 2025 "Bu il alçanın qiyməti ötən illərlə nisbətən bir qədər aşağı düşəcək” - İQTİSADÇI AÇIQLADI
07 Aprel 2025 "Azərbaycan həmişə İranla münasibətlərinin inkişafına üstünlük verib" - ŞƏRH EDİLDİ
07 Aprel 2025 “Xarici qüvvələr onlardan alət kimi istifadə edir” - MÜNASİBƏT BİLDİRİLDİ
07 Aprel 2025 Enerji təhlükəsizliyində uğurlu layihə
03 Aprel 2025 Şərurlu İsfəndiyar məhkəməyə verildi
03 Aprel 2025 Aprel döyüşləri Zəfər qələbəsinin təməlini qoydu
03 Aprel 2025 Azərbaycan-Almaniya əlaqələrində yeni mərhələ
02 Aprel 2025 Bakıya Yaşıllıq Gətirən Rəhbər – Mirdamət Seyidovun Fəaliyyəti
18 Mart 2025 Peşə Təhsilinin Ziyalı Rəhbəri – Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzinin Direktoru Şahin Məhərrəmov
17 Mart 2025 "Aİ bu uğursuzluğunu Ermənistan vasitəsi ilə kompensaziya edir" - POLİTOLOQ AÇIQLADI
17 Mart 2025 Azərbaycan buğda idxalını 40 %-ə yaxın artırıb
17 Mart 2025 Azərbaycan Kitabxanaçılığının Fəxri – Professor Kərim Tahirov
17 Mart 2025 Yol İnfrastrukturunun İnkişafına Töhfə – Ramil Bayramov
17 Mart 2025 Qlobal dəyişikliklər və Azərbaycanın diplomatik uğurları
14 Mart 2025 Bildiyimiz dünya nizamı artıq mövcud deyil - İlham Əliyev
14 Mart 2025 Sovet dövründəki kimi qonşuluq şəraitində yaşamalıyıq - Prezident
14 Mart 2025 XII Qlobal Bakı Forumu: Geosiyasi və strateji hədəflər
14 Mart 2025 Kamaləddin Qafarov: “Azərbaycan Avropa ölkələri ilə əlaqələri genişləndirir”
12 Mart 2025 Azərbaycan-Şimali Makedoniya: ikitərəfli münasibətlərdə yeni mərhələ
12 Mart 2025 Rübail Məmmədov: Xeyriyyəçi Sahibkar, Şadlıq Sarayı Rəhbəri və Vətəndaşlıq Borcunu Yerinə Yetirən Dəyərli Şəxs
11 Mart 2025 "Məsələ ilə bağlı mövqeyimiz qətidir və birmənalıdır" - ŞƏRH EDİLDİ
11 Mart 2025 Xan qızı Natavanın kötücəsi -Aqiyə Naxçıvanlının ömür yolu
10 Mart 2025 Azərbaycan mədəniyyətinin parlaq səhifəsi - Milli Teatr Günü
08 Mart 2025 Kamaləddin Qafarov: “Qadınlarımız cəmiyyətdə mühüm rol oynayır”
07 Mart 2025 Azərbaycan qadınları cəmiyyətin inkişafına fədakarcasına xidmət edirlər
06 Mart 2025 Azərbaycanda Novruz adət-ənənələri necə icra olunur ? - ŞƏRH EDİLDİ
05 Mart 2025 Mübarək Ramazan ayının əsl mahiyyəti nədən ibarətdir? - MÜNASİBƏT BİLDİRİLDİ
05 Mart 2025 “Verilişlər əsəb, ürək bulantısı gətirir” - MÜNASİBƏT BİLDİRİLDİ
03 Mart 2025 İynə ilə böyüdülmüş broyler yoxsa kənd çolpası? - Qida tədqiqatçısı DANIŞDI