![]() |
![]() |
Kiyevə atılan raketlərdən biri Ukrayna Prezident Ofisinin yaxınlığına düşüb.
Erməni xalqının Mərkəzi Seçki Komissiyası İlham Əliyevdir. O, bizə yenə şans verdi, qarşımıza seçim qoydu.
Axar.az xəbər verir ki, bu fikirləri İrəvan telekanalanın “İcmal” verilişinin efiri zamanı tanınmış erməni siyasətçi Vahe Ovannisyan bildirib.
“Ermənistanda seçkilər başlayıb. Bu barədə İlham Əliyev qərar verib və əslində, o, bizim yeganə MSK-mızdır. O, bizim milli seçki bülleteninə ikicə sual yazıb:
1. Dövlət kimi mövcüd olmaq istəyirsiniz?
2. Ermənistan adekvat respublikadır, yoxsa köçəri bir xalq?
Üç milyon insanın taleyi yalnız İlham Əliyevin əlindədir. Nəinki 3 milyon, hətta erməni xalqının gələcək nəsillərinin taleyi belə o adamın əlindədir. Artıq yalanlar bitdi, biz bu reallığı qəbul etməliyik. Ya yaşayırıq, ya da köçəri kimi mövcud oluruq”, - deyə o bildirib.
Rusiyanın Ukraynanın dinc əhalisinə qarşı davamlı terroru onun danışıqlardan imtina etdiyini göstərir.
Rusiya Prezidenti Vladimir Putinin yeganə hesablaşdığı şəxs Ukrayna ilə müharibədən narazılığını bildirib.
Türkiyə Milli İstihbarat Təşkilatı (MİT) İraqın şimalında PKK terrorçularına qarşı əməliyyat keçirib.
Axar.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Məlumata görə, Qarada keçirilən əməliyyat zamanı PKK-nın rəhbər şəxslərindən sayılan “Kendal Pirsus” ləqəbli Ökkeş Deveri öldürülüb. Deveri ilə birlikdə onun yaxını “Kamal Pir” ləqəbli Kayhan Kartal da məhv edilib.
Ukrayna ordusu şərq və cənub istiqamətlərində hərəkətə davam edir.
Ermənistanın Azərbaycan ərazilərində mina yerləşdirməsi pislənilməlidir.
Axar.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Tvitter hesabında yazıb.
“Mina partlayışı nəticəsində daha 2 azərbaycanlı (daha bir nəfərin xəsarət aldığı bildirilir - red.) mülki şəxs ağır yaralanıb. Müharibə bitdikdən sonra 259 nəfər qurban olub. Ermənistanın Azərbaycan ərazilərində qəsdən və davamlı olaraq mina qoymasına baxılmalı və pislənilməlidir! Minalara son”, - Bayramov qeyd edib.
Türkiyədə jandarma qüvvələri tərəfindən ölkə ərazisində ötən ay ərzində 73 terrorçu məhv edilib.
Rusiya Prezidenti Vladimir Putin Krım körpüsündə baş verən yanğından sonra hökumət komissiyasının yaradılması barədə göstəriş verib.