Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri Anar Rzayevin verdiyi açıqlama müzakirələrə səbəb olub.
Belə ki, o, deputatlıqla bağlı təklif gələrsə, fikirləşə biləcəyini deyib.
Kult.az xəbər verir ki, A.Rzayev bununla bağlı Globalinfo.az-a açıqlama verib.
O, əslində belə bir niyyətinin olmadığını bildirib:
“Mən deputat olmaq istədiyimi deməmişəm. Düzü, heç belə bir fikrim də yoxdur. Ona görə də nazmizədliyimi irəli sürməyi düşünmürəm”.