![]() |
![]() |
Tiflisin Rustaveli prospektindəki “9 Aprel” memorialının yanında keçirilən mitinq xarici qüvvələr tərəfindən təşkil olunub.
Axar.az xəbər verir ki, bunu Gürcüstan Baş naziri İrakli Kobaxidze deyib.
“Xarici qüvvələr Rustaveli prospektində zorakılıq törətməyə çalışıblar, buna nail ola bilməyəndə isə özləri zorakılığa əl atıblar. Biz nifrətə əlavə enerji verə bilmərik və xarici qüvvənin planlaşdırdığı kiçik təxribatlardan da çəkinəcəyik”, - Kobaxidze bildirib.
Qeyd edək ki, dünən gecə Tiflisdə 1989-cu il 9 apreldə baş verən hadisələrin ildönümü münasibətilə mitinq keçirilmişdi.