![]() |
![]() |
Vladimir Zelenskinin Ukrayna münaqişəsinin həlli üçün mümkün ərazi mübadiləsi ilə bağlı istəyi əhəmiyyət kəsb etmir, çünki Zelenski qeyri-legitim prezidentdir.
Axar.az xəbər verir ki, bu barədə Xarkov vilayətinin "hərbi-mülki administrasiyasının rəhbəri" Vitali Qançev məlumat yayıb.
“Bunlar şərt irəli sürmək üçün heç bir hüquqi əsası olmayan, qeyri-legitim prezidentin xəyallarıdır”, - Qançev vurğulayıb.
Qeyd edək ki, Zelenski daha öncə danışıqlar masasında Kursk vilayətində ələ keçirilən ərazilərin mübadiləsini təklif edə biləcəklərini dilə gətirib.