Pekin Vaşinqtonun noyabrın sonunda müdafiə nazirlərinin görüşünü təşkil etmək təklifini rədd edib.
Axar.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Məlumata görə, Pentaqonun rəhbəri Lloyd Ostin çinli həmkarı Dun Tsyunla Laosda "ASEAN Plus"da müdafiə nazirləri rəhbərlərinin görüşü çərçivəsində danışıqlar aparmağı təklif edib:
"Lakin Pekin ABŞ-ın Tayvana son silah satışını əsas gətirərək, bu təklifi qəbul etməyib".
Qeyd olunur ki, Çin ABŞ-dan narazılığını nümayiş etdirmək üçün müntəzəm olaraq görüşləri ləğv edir və rabitə əlaqələrini kəsir.
Xatırladaq ki, oktyabr ayında Dövlət Departamenti NASAMS hava hücumundan müdafiə sistemləri və radar stansiyalarının Tayvana təxminən 2 milyard dollara mümkün satışını təsdiqləyib.