Son xəbərlər

 

Türkiyə bu gün yeni bir “İstanbul razılaşması” variantını irəli sürür.

Bu, Ukraynanın ərazi bütövlüyü çərçivəsində Rusiyanın mövqeyini gücləndirə bilər.

Axar.az xəbər verir ki, bunu ukraynalı hərbi ekspert Oleq Jdanov deyib.

O bildirib ki, türklər ədalətli sülh istədiklərini söyləyirlər, lakin bu sülh Rusiya Federasiyasının mövqelərinə əsaslanır:

“Türkiyə Rusiyanın öz qoşunlarını Ukraynanın 1991-ci il sərhədlərinə çəkməsinə zəmanət verəcək. Lakin mən Rusiyanın buna razılaşacağına şübhə edirəm”.

Ekspertin fikrincə, bu plan əsasında Ukrayna kompromis olaraq Rusiya şərtlərini qəbul etməlidir. Bu şərtlərə NATO-ya üzvlükdən imtina və rus dilinin ikinci dövlət dili kimi tanınması daxildir:

“Bu, məhz bu gün təklif olunan kapitulyasiya ilə eyni məna daşıyacaq. Yeganə fərq ondadır ki, burada Rusiya qoşunları tərəfindən işğal olunmuş ərazilərin itirilməsi nəzərdə tutulmur. Əksinə, söhbət bütövlükdə dövlətimizin siyasi mövcudluğunu itirməkdən gedir. Ola bilsin, bu, imzalanmadan dərhal sonra olmayacaq, amma tədricən baş verəcək”.

Xatırladaq ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan “Hürriyyət” qəzetinə müsahibəsində Ukrayna və Rusiyanı dinləməyə və münaqişənin bitməsi üçün vasitəçi olmağa hazır olduqlarını deyib. O qeyd edib ki, Türkiyə hər iki tərəflə xüsusi əlaqələrə malikdir və obyektiv mövqe tutaraq “acı həqiqətləri” bildirməyə hazırdır. Nazirin sözlərinə görə, münaqişənin ədalətli həlli Ukraynanın ərazi bütövlüyü çərçivəsində olmalıdır.

21 Noyabr 2024 Fidandan Qafqaz açıqlaması: Sülh yaxındır!
21 Noyabr 2024 Rusiyaya inanmamalıyıq, bizdən istifadə edir - Mütəhhəri
21 Noyabr 2024 Qərar məcburidir, Netanyahu həbs edilməlidir - Borrell
21 Noyabr 2024 Ukrayna zərbələr endirir: Putin nüvəyə əl atmasa…
21 Noyabr 2024 Zelenski təcili müraciət yaydı: Başdanxarab qonşumuz...
21 Noyabr 2024 İsrail açıqladı: Üçüncü hücum dalğası tamamlandı!
21 Noyabr 2024 İrəvan Libbini təkzib etdi: Azərbaycanla əməkdaşlıq…
21 Noyabr 2024 Putinin mövqeyini nəzərə almadan bunu etmək olmaz!
21 Noyabr 2024 Güneyli məhbus işgəncə ilə öldürüldü
21 Noyabr 2024 Krımda Yeni il tədbirləri ləğv edildi
21 Noyabr 2024 BMT İranla bağlı qətnaməni qəbul etdi
21 Noyabr 2024 Kabellər buna görə qırılıb, “Moskvanın əli”ni axtarmayın
21 Noyabr 2024 Nüvə savaşı istəmirik, danışmalıyıq - ABŞ admiralı
21 Noyabr 2024 Hakimiyyətin Trampa keçməsinə hazırıq - Admiral
21 Noyabr 2024 Berlin Kiyevə növbəti hərbi yardım göndərdi
20 Noyabr 2024 ATACMS-lar Rusiyanı vurdu: Putinin iş qrafiki… - Peskov
20 Noyabr 2024 Rusiyaya ATACMS-la zərbə: Tramp hərəkətə keçir
20 Noyabr 2024 Çin lideri Ukraynadan danışdı: Görmək istəmirik!
20 Noyabr 2024 Kursk üzərində iki Ukrayna raketi vuruldu
20 Noyabr 2024 İsrail Palmiraya zərbə endirdi: 36 ölü, 50 yaralı
20 Noyabr 2024 Qərbin Ukraynaya icazə verməsi sübut edir ki... - Zaxarova
20 Noyabr 2024 ABŞ Qəzza ilə bağlı bu qətnaməyə veto qoydu
20 Noyabr 2024 Ukrayna bu silahlardan da istifadə edəcək - Zelenski
20 Noyabr 2024 Pekin Ostinin görüş təklifini rədd etdi
20 Noyabr 2024 Dünya Qərb ideologiyasının çöküşünü izləyir - Zaxarova
20 Noyabr 2024 Putin nüvə doktrinasını imzaladı, Makron çağırış etdi
20 Noyabr 2024 NATO-nun bu cəhdi cəzasız qalmayacaq - Narışkin
20 Noyabr 2024 Bu rayonlarımızda internet olmayacaq
20 Noyabr 2024 ABŞ yardımı kəssə... - Zelenski etiraf etdi
20 Noyabr 2024 Pişik sahibinə uduşlu lotereya bileti qazandırdı