İsrailin İrana hava hücumlarından sonra SEPAH bəyanat yayaraq, zərbə endirilən yerlər barədə məlumat və foto, video paylaşanların cəzalandırılacağı barədə xəbərdarlıq edib.
Axar.az xəbər verir ki, bu barədə SEPAH Mütəşəkkil Cinayətkarlıq üzrə Araşdırma Mərkəzi məlumat yayıb.
"Buna əməl etməyənlər İsraillə əməkdaşlıqda günahlandırılacaq və 1 ildən 10 ilə kimi həbs cəzasına məhkum ediləcək", - bəyanatda qeyd olunub.