Gürcüstan sanksiyalar tətbiq etməklə Rusiya iqtisadiyyatına zərər vura bilməz.
Axar.az xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze mətbuata müsahibəsində bildirib.
Onun sözlərinə görə, Gürcüstanın xarici ticarətində Rusiya 0,3 faiz təşkil edir. Buna görə də sanksiyaların tətbiqi Rusiyaya heç bir zərər vurmaz:
“Eyni zamanda, sanksiyaların tətbiqi münaqişənin eskalasiyası ilə eyni məna daşıyır. Buna görə də müxalifətin tələblərini təmin etməmək üçün çox möhkəm əsaslarımız var idi”.