![]() |
![]() |
Vaxtı çatanda Körfəzdəki İran adaları ilə bağlı bəyanat yazan ərəb ölkələrinin dərsi verilməlidir.
Axar.az xəbər verir ki, bunu İran rəhbəri Əli Xameneinin müşaviri Əli Laricani deyib.
Keçmiş parlament sədri ərəb ölkələrini həm də İsmayıl Haniyə və Həsən Nəsrullahın öldürülmələrinə sevinməkdə günahlandırıb, onları “ədəbsiz” adlandırıb.
Qeyd edək ki, bir neçə gün əvvəl Ərəb (İran) Körfəzi Əməkdaşlıq Şurasına üzv ölkələr və Avropa Birliyi İranı körfəzdəki Böyük Tunb, Kiçik Tunb və Əbu Musa adalarının işğalına son qoymağa çağırıblar.