Əgər İsrail İranın soyqırımçı, teokratik və qeyri-sabit rejiminin nüvə silahı əldə etməsinin qarşısını almaq üçün bu ölkənin nüvə obyektlərinə hücum etsə, bu, yəhudi dövlətinin bəşəriyyətə hədiyyəsi olacaq.
Axar.az xəbər verir ki, bu sözləri Kanada Mühafizəkarlar Partiyasının lideri Pierre Polivir deyib.
Qeyd edək ki, İsrailin Tehranın raket hücumuna cavab zamanı İranın nüvə obyektləri və neft təsisatlarının da hədəf alınacağı barədə məlumatlar yayılıb.