Pakistanın Pəncab əyalətində güclü qar yağması faciə ilə nəticələnib.
Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki, paytaxt İslamabadın 70 kilometrliyində yerləşən Mure şəhərində güclü qar yağması böyük tıxaclara səbəb olub.
Polisin xəbərdarlığına rəğmən əhali bu turizm zonasına kütləvi axın edib. Qar və buz səbəbindən yollarda hərəkət dayanıb. Pəncab valisinin məlumatına görə, 20-dək turist avtomobilində donaraq ölüb.
Daxili işlər naziri yerli əhaliyə müraciət edərək turistlərə yardım etməyə çağırıb. Yolu açmaq üçün ordu qüvvələri cəlb edilib.