İsveçrənin Cenevrə şəhərində ABŞ-la Rusiya arasında təhlükəsizliyə təminat məsələlərinə dair danışıqlar başlayıb.
Axar.az xəbər verir ki, danışıqlar BMT-nin Cenevrədəki ofisində ABŞ-ın daimi nümayəndəliyində mediaya qapalı şəkildə keçirilir.
Rusiyanın nümayəndə heyətinə xarici işlər nazirinin müavini Sergey Ryabkov və müdafiə nazirinin müavini Aleksandr Fomin, ABŞ-ın nümayəndə heyətinə isə Dövlət katibinin birinci müavini Vendi Şerman rəhbərlik edir.