Bu il yanvarın 27-dən etibarən Böyük Britaniya kraliçası II Yelizavetanın 762 metr hündürlükdə yerləşən rəsmi iqamətgahı - Vindzor qəsri üzərində təyyarə və dronların uçuşu qadağan ediləcək.
Axar.az xəbər verir ki, bu barədə İngiltərə mediası məlumat yayıb.
Məlumata görə, buna səbəb kraliçanın ailəsi ilə birgə Milad bayramını qeyd etdiyi zaman onun iqamətgahına daxil olmaq istəyən silahlı şəxslə bağlı yaranan insidentdir.
Böyük Britaniyanın Mülki Aviasiya İdarəsi belə bir qadağanın tətbiqinin ictimai maraqlara uyğun olduğunu bildirib.