Qətərin "Vakrah" klubunun, Mali yığmasının müdafiəçisi Osman Kulibali oyun zamanı infarkt keçirib.
Axar.az xəbər verir ki, hadisə Qətər liqasında "Rayyan" klubu ilə keçirilən görüşdə baş verib.
Oyun zamanı 32 yaşlı müdafiəçi meydançada yıxılıb.
Futbolçuya ürək masajı edilib. Müdaxilədən sonra təcili yardımla xəstəxanaya çatdırılan futbolçunun vəziyyəti ağır olaraq qalır.
Görüş yarımçıq dayandırılıb.