Qazaxıstandan olan dostum, müğənni İlyas Autovdan xəbər ala bilmirəm.
Axar.az xəbə verir ki, bunu “Roskosmos”un baş direktoru Dmitri Roqozin deyib.
“Artıq bir neçə gündür ki, Almatıdan olan dostum İlyas Autovdan xəbər yoxdur. Ümid edirəm ki, o və doğmaları yaxşıdır”, - Roqozin bildirib.
Onun sözlərinə görə, Yeni il bayramından bir müddət əvvəl Autov Moskvada olub və kosmonavtların hazırlıq mərkəzində konsert verib.
Qeyd edək ki, İlyas Autov Qazaxıstanda “Motor-Roller” qrupunun rəhbəridir.