Nazarbayev bütün bu günlərdə Nursultan şəhərində olub və dövlət başçısına dəstək olub.
Axar.az xəbər verir ki, bunu Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayevin mətbuat katibi Aydos Ukibay söyləyib.
Onun sözlərinə görə, Nazarbayev və Qasım Jomart Tokayev həmişə barrikadaların eyni tərəfində olaraq, xalqını, ölkəsini, millətin gələcəyini müdafiə edib, və hamı üçün çətin olan bu günlərdə onlar dövlət hakimiyyətinin tamlığını bir daha nümayiş etdiriblər.
“Əvvəllər bəyan etdiyim kimi, Nazarbayev bütün bu günlərdə Nursultan şəhərində olub və dövlət başçısına dəstək olub. Lakin vəziyyət çox çətin idi və buna görə də o, şəxsən Təhlükəsizlik Şurasının sədri vəzifəsini prezidentə təhvil vermək qərarına gəlib. Çünki o, yaxşı bilirdi ki, iğtişaşlar və terror ölkə rəhbərliyindən operativ, sərt və barışmaz cavab tələb edir. Bu çətin zamanda Nursultan Nazarbayev bütün vətəndaşları xalqımızın birliyini və həmrəyliyini nümayiş etdirməyə, terrorçulara qarşı mübarizədə və Qazaxıstanda həyatın normallaşdırılmasında prezidentimiz Kasım-Jomart Tokayevi dəstəkləməyə çağırır”, - Ukibay bildirib.