Qazaxıstanın Janaozen şəhərindəki qaz emalı zavodunun direktoru Nakberqen Tulepov saxlanılıb.
Trend-in məlumatına görə, bu barədə "Qazaxıstan" telekanalına istinadən "Kazinform" xəbər yayıb.
Maliyyə Monitorinqi Agentliyi Janaozendəki zavodun rəhbərinin heç bir səbəb olmadan qazın qiymətini qaldırdığını bildirib.
Faktla bağlı ibtidai araşdırma aparılır.