Fransanın cənubunda koronavirusun yeni ştammı aşkar edilib.
Axar.az xəbər verir ki, bu barədə Avstriyanın “Heute” qəzeti məlumat yayıb.
Naməlum ştammın Kamerundan Fransaya qayıdan səyahətçilərdə aşkar edildiyi bildirilir.
Mütəxəssislər virusun bu variantının Kamerunda geniş yayıldığını istisna etmirlər. Aparılan testlər nəticəsində yoluxmuş insanlarda atipik mutasiya birləşməsi aşkar edilib.
Yeni versiya B.1.640.2 adını alıb və fransız alimlərinin araşdırmasında yeni variantda 46 mutasiyanın müəyyən edildiyi qeyd olunub. Bu ştammın yoluxma səviyyəsi məlum deyil.