Türkiyənin “Peqasus” (Pegasus) aviaşirkəti Ermənistan Mülki Aviasiya Komitəsinə (MAK) İstanbul-İrəvan-İstanbul reyslərini həyata keçirmək üçün müraciət edib.
Axar.az xəbər verir ki, bu barədə Ermənistan İnfrastruktur və İnkişaf Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, “Peqasus” fevral ayından başlayaraq, həftədə iki dəfə reys icra etmək istəyini açıqlayıb.
Ermənistan MAK artıq ərizəni qəbul edib və yaxın müddətdə qərarını açıqlayacaq.
Qeyd edək ki, Ermənistanın “Flyone Armenia” şirkəti də İrəvan-İstanbul-İrəvan çarter reysləri üçün Türkiyə tərəfinə müraciət edib.