54 yaşlı yaponiyalı futbolçu Kazuyoşi Miura yeni kluba transfer olub.
Milli.Az qol.az-a istinadən xəbər verir ki, hücumçu 2005-ci ildən çıxış etdiyi 2-ci liqa təmsilçisi "Yokohama"dan ayrılıb. Təcrübəli futbolçu 4-cü liqada mübarizə aparan "Suzuka Point" klubuna transfer olunub.
Qeyd edək ki, Kazuyoşi Miura peşəkar karyerasını davam etdirən ən yaşlı futbolçudur.