Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləziz əyləncə sənayesini dəstəkləməyə davam edəcəklərini açıqlayıb.
Axar.az xəbər verir ki, Salman bin Əbdüləziz əyləncənin mühüm iqtisadi fəaliyyət və gəlir mənbəyi olmaqla yanaşı, humanitar ehtiyac və sosial zərurət olduğunu bildirib.
Kral 2030-cu ilə qədər əyləncə sektorunun və əlaqəli qurumların ümumi daxili məhsulun 4,2 %-ni təşkil edəcəyini deyib. O bildirib ki, 2030-cu ilə qədər Səudiyyədə 450 min iş yerinin yaradılması nəzərdə tutulub.