Ukrayna Prezidenti Vladimir Zelenski parlament seçikləri öncəsi rəhbəri olduğu Xalqın Xidmətçisi Partiyasının adını dəyişmək niyyətindədir.
Axar.az xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb.
“Zelenski parlament seçkilərinə yaxın Xalqın Xidmətçisi Partiyasının adını dəyişmək istəyir. Partiyanın adının Zelenskinin soyadı ilə adlandırılması müzakirə olunur. Zelenski seçkilərə məhz bu brendlə gedəcək”, - məlumatda bildirilib.
Qeyd edək ki, Ukraynada parlament seçkiləri 2023-cü ildə, prezident seçkiləri isə 2024-cü ildə keçiriləcək.