Kanadanın mərkəzi və Qərb əyalətlərində ekstremal şaxta hökm sürür.
Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə ölkənin Milli Meteorologiya Bürosu məlumat yayıb.
Büro həmçinin kəskin şaxtalar barədə də xəbərdarlıq edib. Albert, Britaniya Kolumbiyası, Ontario və Saskaçevan əyalətlərində temperaturun -35-lə -55 dərəcə arasında dəyişəcəyi bildirilir. Hazırda gənclər arasında xokkey çempionatının keçirildiyi Edmontonda temperatur -45 dərəcəyə enib.
Sinoptiklər ekstremal soyuq havanın donmaya səbəb ola biləcəyi barədə xəbərdarlıq ediblər.