ABŞ-dan olan keçmiş MMA döyüşçüsü Çeyl Sonnen Las-Veqasda müvəqqəti qaldığı hoteldə dava salıb.
Milli.Az Oxu.az-a istinadən xəbər verir ki, ilkin məlumatlara görə, 44 yaşlı sabiq MMA döyüşçüsü beş nəfərlə əlbəyaxa davaya çıxıb.
Hadisə yerinə əvvəl hotelin mühafizəçiləri daha sonra isə hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib.
Bir neçə saatını polis bölməsində keçirən Çeyl Sonnen cərimə edilərək azadlığa buraxılıb.
Qeyd edək ki, peşəkar döyüşçü karyerasını 2019-cu ildə bitirən keçmiş döyüşçü ABŞ-da yayımlanan ESPN idman televiziya kanalında aparıcı və ekspert kimi çalışır.