Alimlər Çinin cənubunda yırtıcı dinozavr-oviraptorun yaxşı qorunub saxlanmış fosilləşmiş yumurtasını aşkar ediblər.
Milli.Az "Report"a istinadən xəbər verir ki, bu barədə "Science" jurnalında məqalə dərc edilib.
Onun embrionu xarici görünüşünə görə müasir quşların embrionlarına bənzəyir.
Bundan əvvəl tədqiqatçılar Çinin şimalı və Monqolustanda, Qobi səhrasında bir neçə böyük "yumurta qəbiristanlığı", Cənubi Amerikada planetin ən böyük dinozavrlarının onlarla yumurtasını aşkar ediblər.
Araşdırma göstərir ki, bir çox dinozavrlar quşlar kimi yuva quran və yumurta çıxara bilən canlılar olub.
Xüsusilə, elm adamlarının fosil adlandırdıqları yumurtaların toyuqların və bir çox digər quşların embrionları kimi kiçik lələklərlə örtüldüyü müşahidə edilib.
Oviraptorlar quşların əcdadlarının uzaq qohumları hesab edilir.