AMEA-nın prezidenti Ramiz Mehdiyev Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutuna yeni icraçı direktor təyin edib.
Axar.az AMEA-nın rəsmi saytına istinadən xəbər verir ki, yeni icraçı direktor sabiq xarici işlər naziri Həsən Həsənovun oğlu, tarix üzrə fəlsəfə doktoru Zaur Həsənovdur.
Qeyd edək ki, Zaur Həsənov 1969-cu il iyulun 22-də Bakı şəhərində doğulub. Alim 2008-ci ildə “Kimmerlər və onların Azərbaycan tarixində yeri” adlı dissertasiya müdafiə edərək, tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb.