Almaniya kansleri Olaf Şolts və Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı baş tutub.
Axar.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
İlk öncə Putin Şoltsu vəzifəsinin icrasına başlaması münasibətilə təbrik edib.
Daha sonra tərəflər NATO-nun şərqə genişlənməsi, Ukraynadakı vəziyyəti müzakirə ediblər.
Putin Kiyevin 2015-ci ildə qəbul edilən Minsk öhdəliklərini yerinə yetirməkdən boyun qaçırdığını bildirib.