Dünyanın ən varlı adamları siyahısında birinci yerdə olan İlon Mask siyahının ikinci pilləsində qərarlaşan Ceff Bezosa tövsiyə verib.
Axar.az xəbər verir ki, bu barədə İlon Mask "Faynənşl Tayms"a müsahibəsində deyib.
O bildirib ki, Bezos kosmos yarışında önə çıxmaq istəyirsə, isti vannada daha az vaxt keçirməlidir:
"O, zehni enerjisini mühəndisliyin hiylələrinə sərf etməyə hazır görünmür. Bir növ onu “Blue Origin"də daha çox vaxt keçirməyə təşviq etməyə çalışıram. Bu yolla o, daha çox irəliləyiş əldə edə bilər".