Terrorla mübarizədə Türkiyənin təcrübəsinə ehtiyacımız var.
Axar.az xəbər verir ki, bunu Niger baş naziri Uhumudu Mahamadu deyib.
"Kəşfiyyat və strategiya mübadiləsi ilə yanaşı, avadanlıq dəstəyi də vacibdir. Türkiyə hərbi texnika, aviasiya və pilotsuz uçuş aparatları baxımından Nigeri xeyli qabaqlayır. Türkiyə Nigerin terrorla mübarizəsinə bir çox sahədə töhfə verə bilər”, - baş nazir bildirib.