Rusiyanın gərginliyi artırmasının və Avropada təhlükəsizlik vəziyyətinin pisləşməsinin qarşısını almaq üçün beynəlxalq ictimaiyyət Polşa və Litva sərhədlərində qaçqın böhranı kimi hal-hazırda baş verən hadisələrə reaksiya verməkdənsə, qabaqlayıcı addımlar atmalıdır.
Axar.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski Litva və Polşa liderləri ilə üçtərəfli görüşdən sonra keçirilən mətbuat konfransında deyib.
"Ona görə də biz bu gün Litva və Polşadan olan dostlarımızla görüşürük, çünki onlar başa düşürlər ki, bu gün bizim də onların dəstəyinə ehtiyacımız var”, - deyə Zelenski bildirib.