KTMT Ermənistan-Azərbaycan sərhədində vaxtaşırı atəşkəsin pozulmasından və nəticədə insanların həlak olduğu gərgin vəziyyətin davam etməsindən çox narahatdır.
Axar.az xəbər verir ki, bu barədə qurumun baş katibi Stanislav Zas deyib.
O hesab edir ki, sərhəd məsələsi yalnız siyasi və diplomatik yolla həll edilməlidir:
“Bu kontekstdə KTMT noyabrın 26-da Soçidə əldə olunmuş razılaşmaları - Ermənistan-Azərbaycan sərhədində sabitliyin və təhlükəsizliyin səviyyəsinin yüksəldilməsi üçün addımların atılması, sərhədin delimitasiyası, demarkasiyası üzrə komissiyanın yaradılması istiqamətində işləməyi dəstəkləyir. Aydındır ki, vəziyyətin gərginliyini azaltmaq üçün tədbirlərə həmişəkindən daha çox ehtiyac var və bu tədbirlər böyük əhəmiyyət kəsb edir”.