Qara dəniz bölgəsindəki vəziyyət bizim üçün narahatedicidir.
Axar.az xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko deyib.
“Vəziyyət süni şəkildə gərginləşdirilir. Eyni zamanda bunu unutmamalıyıq. Qara dəniz ölkələri arasında NATO-ya üzv olan yeganə dövlət Türkiyə idi, indi Bolqarıstan və Rumıniya da var. NATO isə hələ də belə bir fikir yaradır ki, bizim regionda güclənməyimizdən çox qorxurlar. Bu, reallıqla tamamilə ziddiyyət təşkil edir”, - deyə Qruşko bildirib.