Tiflisin “3+3” regional məsləhətçi mexanizminin ilk iclasında iştirakdan imtina etməsinə görə təəssüflənirik.
Axar.az xəbər verir ki, bunu Rusiya Federasiya Şurasının beynəlxalq məsələlər üzrə komitəsinin sədri Qriqori Karasin deyib.
“Bütün mövcud ziddiyyətlərə baxmayaraq, problemli məsələləri müzakirə etməyə və birləşdirici mövzular axtarmağa, iqtisadiyyatda, humanitar sahədə maraqları uyğunlaşdırmağa hazırıq”, - Karasin bildirib.