Rusiya Fövqəladə Hallar Nazirliyi Moskvada güclü küləyin olacağı ilə bağlı xəbərdarlıq yayıb.
Axar.az xəbər verir ki, nazirlik küləyin sürətinin gün ərzində saniyədə 25 metrə çatacağını bildirib.
Qeyd edək ki, ötən gün İstanbul və ətraf ərazilərdə güclü külək dağıntılara səbəb olub. Ümumilikdə 6 nəfər ölüb, onlarla şəxs yaralanıb.
Azərbaycanda qeyri-sabit hava sabahdan başlayacaq, küləyin sürəti 23-28 m/s-yə çatacaq. Ölkə ərazisində 2 dekabrda havanın temperaturu 8 dərəcəyə qədər enəcək.