ABŞ Dövlət katibi Entoni Blinken və Avstriya xarici işlər naziri Mixail Linhart arasında telefon danışığı baş tutub.
Axar.az xəbər verir ki, tərəflər Belarusdakı situasiyanı, həmçinin Rusiya-Ukrayna arasındakı münasibətləri müzakirə ediblər.
Blinken Belarusla yaranan miqrant gərginliyi fonunda ABŞ-ın Avropa Birliyinə dəstəyini bir daha təsdiqləyib.
Dövlət katibi, həmçinin Rusiyanın davam edən təcavüzü qarşısında Ukraynanın ərazi bütövlüyü və suverenliyinə göstərilən dəstəyə görə avstriyalı həmkarına təşəkkürünü çatdırıb.