Liviya Ali Seçki Komissiyası prezident seçkilərində iştirak edəcək namizədlərin ilkin siyahısını ictimaiyyətlə bölüşüb.
Axar.az xəbər verir ki, ərizələri qəbul edilən namizədlər arasında Haftar olduğu halda, Liviyanın devrilmiş lideri Müəmmər Qəzzafinin oğlu Seyfülislamın adı yer almayıb.
Qeyd edək ki, namizədlər arasında Liviya Baş naziri Əbdülhəmid Dibeybə, Nümayəndələr Palatasının sədri Akile Saleh, keçmiş xarici işlər naziri Fəthi Başağa və Haftar kimi adlar var.