Ukrayna Prezidenti Vladimir Zelenski və polşalı həmkarı Andjey Duda arasında telefon danışığı baş tutub.
Axar.az xəbər verir ki, bu barədə Ukrayna Prezident Administrasiyanın məlumatında deyilir.
Liderlər miqrasiya böhranı və Donbasdakı situasiyanı müzakirə ediblər.
Dövlət başçıları hibrid hücumun baş verdiyini və buna cavab kimi birgə səylərin və qarşılıqlı fəaliyyətin vacibliyini bildiriblər.