Rusiya xarici işlər naziri Sergey Lavrov Moskvada səfərdə olan Kuba baş nazirinin müavini Kabrisas Ruizlə görüşüb.
Axar.az xəbər verir ki, görüşdə Lavrovun Ruizin sözlərinə yumoristik cavabı diqqət çəkib. Belə ki, Ruiz Moskvaya səfərləri zamanı ilk dəfə 1963-cü ildəki gəlişini xatırladığını söyləyib.
Lavrov isə Ruizə yumoristik formada cavab verib: "İlk səfərlər ilk məhəbbət kimidir".