Ukraynada gördüyüm Saakaşvili ilə xəstəxanada olan Mixail fərqli adamlardır.
Onun məhkəmədə özünü düzgün və yaxşı müdafiə edə biləcəyinə əmin deyiləm.
Axar.az xəbər verir ki, bunu ukraynalı vəkil Yevqeni Qruşoveç deyib.
Vəkilin sözlərinə görə, indi müdafiə tərəfinin vəzifəsi Saakaşviliyə qarşı təqsirli bilinən və hələ də icraatda olan işləri obyektiv müəyyənləşdirməkdir:
"Tam səmimiyyətimlə deyə bilərəm ki, mənim Ukraynada gördüyüm Saakaşvili başqa idi, burada, xəstəxanadakı Saakaşvili isə bir başqadır. Mən belə bir vəziyyətdə onun məhkəmə proseslərində özünü düzgün və keyfiyyətli şəkildə müdafiə edə biləcəyindən əmin deyiləm. Xəstəxanada onun bütün ehtiyaclarının ödənilməsindən də əmin deyiləm, ancaq belə bir halda insanın özünü düzgün və keyfiyyətli şəkildə müdafiə edə bilməyəcəyi bir faktdır. Bizim yarım saatlıq ünsiyyətimiz oldu. Mixail Saakaşvili onu qoruya bilməyimiz üçün, bir neçə ərizə yazdı. İndi biz vahid strategiya hazırlmaq üçün digər vəkillər və həkimlərlə danışacağıq".