Ermənistanın İrandakı keçmiş səfiri Artaşes Tumanyan Nikol Paşinyanın müşaviri təyin edilib.
Axar.az xəbər verir ki, bu barədə Ermənistan Nazirlər Kabinetinin mətbuat xidməti yayıb.
Qərarı Ermənistan hökumətinin rəhbəri imzalayıb.
Qeyd edək ki, cari ilin oktyabrında Ermənistan Prezidenti Armen Sərkisyan İrandakı səfiri Artaşes Tumanyanı geri çağırıb. Onu Arsen Avakyan əvəzləyib.